Avqustun 20-də Qazax şəhərində yeniyetmə və gənclərin istək və arzularını öyrənmək məqsədilə “Siz nə düşünürsünüz?” adlı sorğu keçirilib.
“Tehsil365” xəbər verir ki, iştirakçılar gənclərin sosial fəallığı, asudə vaxtlarının səmərəli təşkili, təhsil və gələcək planları barədə fikirlərini bölüşüblər.
Sorğunun keçirilməsində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin könüllüləri fəal iştirak ediblər.