Mütəxəssislər bildirirlər ki, gündə cəmi 15 dəqiqə kitab oxumaq stres hormonlarını azaldır və insanı daha sakit edir. Xüsusilə imtahan öncəsi tələbələr üçün kitab oxumaq həm beyni rahatladır, həm də diqqəti artırır.
“Tehsil365” xəbər verir ki, aparılan araşdırmalarda oxu vərdişi olan tələbələrin yaddaş gücü digərlərindən daha yüksək olub. Bu, oxumağın yalnız bilik deyil, həm də psixoloji sağlamlıq üçün önəmli olduğunu göstərir.
Mütəxəssislər tövsiyə edirlər ki, hər kəs günün ən azı bir hissəsini kitab oxumağa ayırsın. Bu, həm dil zənginliyini artırır, həm də şəxsi inkişaf üçün əvəzolunmazdır.