Təhsil 365 - Logo Mobile

Müstəqil Azərbaycan gəncliyi “Yay Fest”də birləşdi -Foto

5023.08.2025 - 07:07
Müstəqil Azərbaycan gəncliyi  “Yay Fest”də birləşdi -Foto

Konstitusiya və Suverenlik İli” çərçivəsində Şamaxıda təbiət qoynunda təşkil olunan Azərbaycanın ən böyük gənclər festivalı “Yay Fest” çərçivəsində 18-22 avqust tarixlərində keçirilən “Müstəqillik tarixi” düşərgəsi müvəffəqiyyətlə başa çatıb. Bu həftə də respublikanın müxtəlif regionlarından olan 250 gənc beş gün boyunca bir araya gələrək unudulmaz düşərgə təcrübəsi yaşayıblar. Düşərgənin əsas məqsədi gənclərə Azərbaycan xalqının müstəqillik və ədalət uğrunda apardığı mübarizənin qəhrəmanlıq səhifəsini dərindən öyrətmək, onlarda vətənpərvərlik və dövlətçilik prinsiplərinə sadiqliyi aşılamaq, həmçinin gələcəyin liderləri kimi formalaşmaları üçün zəruri bilik və bacarıqlarını artırmaqdan ibarət olub.

“Tehsil365” xəbər verir ki, çadır formatında təşkil edilən düşərgənin proqramında dövlətimizin müstəqillik tarixinin gənclərə aşılanması və milli dövlətçilik dəyərlərinə bağlı gəncliyin yetişdirilməsi məqsədilə görüş, interaktiv fəaliyyətlər, motivasiyaedici sessiyalar və komanda oyunları həyata keçirilib. Təşkil olunan bütün fəaliyyətlər iştirakçı gənclərə ən böyük sərvətimiz olan müstəqilliyimizin qorunması və ölkəmizin inkişafında onların vətənpərvərliyinin, istedad və təşəbbüslərinin əvəzsiz rol oynadığını və ölkəmizin gələcəyinə birbaşa təsir etdiyini aşılayıb.

Düşərgə müddətində 20 Yanvar hadisələrinin canlı şahidi olmuş fotomüxbir Rasim Sadıxovla baş tutan “Tarixin kadrlarında” görüşü gənclərə müstəqilliyə gedən yolda yaşanan tarixi hadisələrin mahiyyətini və milli azadlıq uğrunda göstərilən fədakarlığın əhəmiyyətini daha dərindən hiss etdirib. İştirakçılar nadir fotoşəkillər və şəxsi müşahidələr vasitəsilə Azərbaycanın müstəqillik və suverenlik tarixini dərindən öyrənmək imkanı əldə ediblər.

Bununla yanaşı, “Texnoloji inkişaf: Sərhədsiz potensial” və “Beynin sirləri” panel görüşləri, interaktiv fəaliyyətlər - yoqa dərsləri, mini kətan üzərində rəsm master-klassı, airsoft təlimi, intellektual oyun, karate idman növü üzrə master-klass gənclərin şəxsi və peşəkar inkişafını dəstəkləmək, yaradıcılıqlarını artırmaq və motivasiya ruhunu gücləndirmək məqsədi daşıyıb. Eyni zamanda, düşərgə zamanı fləşmob keçirilərək iştirakçılar tərəfindən sülhün rəmzi olan göyərçin simvolu canlandırılıb.

Hər günün yekununda təşkil edilən konsert proqramı, musiqili müsabiqələr və ocaq ətrafında səmimi söhbətlər gənclər üçün şirin gənclik xatirəsinə çevrilib.

29 avqust tarixinədək davam edəcək “Yay Fest 2025” çərçivəsində ümumilikdə 2000-dən artıq gəncin iştirakı ilə “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib Diplomatiya” mövzularında ardıcıl 8 düşərgə təşkil olunacaq.

Gənclər üçün ənənə halını alan və beçinci dəfədir ki, təşkil edilən Yay Fest Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Festivalın dinamik proqramına dair ən son yenilikləri və maraqlı məqamları izləmək üçün “Yay Fest”in instaqram səhifəsini (www.instagram.com/yayfest.az/) izləyə bilərsiniz.

Ramidə Əliyeva

Xəbər Lenti

Ontologiya – varlığın mahiyyətinə fəlsəfi baxış03.09.2025 - 19:58
Epistemologiya: qədim yunanlardan müasir dövrə bilik fəlsəfəsi03.09.2025 - 19:47
Qədim Misir sivilizasiyası: tarix, mədəniyyət və irs03.09.2025 - 19:37
Şumerlərin ilk yazı sistemləri və ritualları03.09.2025 - 19:26
Abşeron–Xızı Regional Təhsil İdarəsinin rəhbərliyi tərəfindən təhsil işçiləri ilə görüş keçirilib03.09.2025 - 19:16
Mərkəzi Aran Regional Təhsil İdarəsində metodistlərlə işgüzar görüş keçirilib03.09.2025 - 19:07
Posthumanizm nə deməkdir? 03.09.2025 - 19:00
Qədim mədəniyyətlərdə astronomiya və təqvimlər03.09.2025 - 18:49
Bredford Universiteti: Böyük Britaniyada elm və innovasiya mərkəzi03.09.2025 - 18:40
Goranboyda məktəbli avtomobil qəzasında dünyasını dəyişdi03.09.2025 - 18:31
"Region məktəblərində maddi-texniki baza yaxşılaşsa da, müəllim resurslarında çatışmazlıq qalır"–Rasim Həsənzadə03.09.2025 - 18:29
Sorbonna irsi – Paris Universitetinin tarixi və təsiri03.09.2025 - 18:28
Məktəbli qız faciəvi şəkildə öldü03.09.2025 - 18:27
Qızın barmağında qalan üzüyü belə çıxardılar03.09.2025 - 18:25
Sabunçuda uşağa işgəncə verən qəyyum saxlanılıb, cinayət işi açılıb03.09.2025 - 18:23
Ötən ay Azərbaycandan İtaliya və Fransaya 4 tona yaxın qurbağa ayağı ixrac olunub03.09.2025 - 18:20
Ordubadda avtomobilin vurduğu 16 yaşlı məktəbli qız xəstəxanada ölüb 03.09.2025 - 18:18
Messina Universitetində təhsil və beynəlxalq imkanlar03.09.2025 - 18:10
Kvant texnologiyaları: gələcəyin elm sahəsi03.09.2025 - 17:55
Çingiz xanın imperiyasının dünya tarixində rolu03.09.2025 - 17:48
Orta ixtisas təhsili müəssisələrinə qəbul planı 98,66 faiz dolub03.09.2025 - 17:43
Nazirlik rəsmisi: Ən çox şikayətlər hotel və gözəllik salonlarında sanitar normaların pozulması ilə bağlıdır03.09.2025 - 17:40
İnsan faktorunun robot sistemlərində rolu03.09.2025 - 17:40
Peşə təhsili müəssisələrinə qəbulun II mərhələsi başa çatıb03.09.2025 - 17:34
Şah İsmayıl Xətainin siyasi və mədəni irsi03.09.2025 - 17:30
Zaman tədqiqatları və kronobiologiya03.09.2025 - 17:20
Truva müharibəsinin gerçəkliyi03.09.2025 - 17:15
Avtomatlaşdırılmış nəqliyyat sistemləri və sürücüsüz avtomobil texnologiyaları03.09.2025 - 17:10
Qədim Babil qülləsinin sirri03.09.2025 - 17:00
İngilis ədəbiyyatının “Birinci xanımı” – Ceyn Ostin03.09.2025 - 17:00
Səhiyyə nazirinə yeni müşavir təyin olunub03.09.2025 - 17:00
2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb03.09.2025 - 16:46
Mark Tven-Amerikan Yazıçı Əfsanəsi03.09.2025 - 16:40
Endoskopiya: daxili orqanlarda erkən diaqnoz imkanı03.09.2025 - 16:35
Mir Cəlal-"Heykəl uçulanda"03.09.2025 - 16:25
Elm və Təhsil Nazirliyinə edilən müraciətlərin statistikası açıqlanıb03.09.2025 - 16:23
Alman alimlər xərçəngin dərmanını tapdı 03.09.2025 - 16:20
Ensefalopatiya: beynin zədələnməsi sağlamlıq problemi olaraq diqqət mərkəzindədir03.09.2025 - 16:10
Sosial şəbəkələrdə aktivlik və şəxsi brendin formalaşması03.09.2025 - 16:00
Sosial şəbəkələrdə vaxt keçirmək buna görə insanı yorur03.09.2025 - 16:00
Gülzar İbrahimova-"Boş səbət"03.09.2025 - 16:00
Gənclər arasında özünüinkişaf kitablarının artan populyarlığı03.09.2025 - 15:52
Naftalanlı futbolçular ölkə kubokunda uğur qazanıb03.09.2025 - 15:45
Vaxtın düzgün idarə olunmasının tələbələrin uğurunda rolu03.09.2025 - 15:40
Gələn ilin sonuna qədər daha 6 milyon uşaq təhsildən məhrum ola bilər03.09.2025 - 15:36
Gənclərin ideyalarının biznesə çevrilməsi üçün dəstək mexanizmləri03.09.2025 - 15:33
Sabir Əhmədli-"Dərs" 03.09.2025 - 15:33
Tələbələrin yaradıcılıq seminarlarında qazandıqları təcrübələr03.09.2025 - 15:20