Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olunan abituriyentlərin sənəd qəbulu onlayn şəkildə həyata keçiriləcək.
“Tehsil365” xəbər verir ki, müraciət müddəti 28 avqust 2025-ci il tarixindən 8 sentyabr 2025-ci il saat 18:00-dək davam edəcək. Bu müddət ərzində abituriyentlər elektron qaydada qeydiyyatdan keçməlidirlər.
Sənəd qəbulu portal.edu.az və kabinet.unec.edu.az saytları vasitəsilə həyata keçiriləcək.

