Bakı Ali Neft Məktəbinin (BANM) komandası çimərlik voleybolu üzrə keçirilən turnirdə müvəffəqiyyət əldə edib.
“Tehsil365” xəbər verir ki, qadınların mübarizəsində BANM komandası ikinci yeri tutaraq gümüş medal qazanıb. Komandanın heyətində Gülşən Cabbarzadə və Cahan Qarayeva çıxış ediblər.
Kişilər arasında təşkil olunan yarışda isə BANM komandası bürünc medal qazanıb. Komandanın üzvləri Ruslan Nərimanov və Tahir Əfəndiyev olub.
Qaliblər “Neftçi” İdman Klubunun diplom və medalları ilə təltif ediliblər.
Turnirdə ümumilikdə 15 komanda iştirak edib. Yarış “Neftçi” İdman Klubu və SOCAR-ın Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə, “Konstitusiya və Suverenlik İli”nə həsr olunaraq, neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında keçirilib.