Qarabağ Universiteti 2025/2026-cı tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olan abituriyentlərin qeydiyyat tarixlərini açıqlayıb. Qeydiyyat 28 avqust 2025-ci il, saat 11:00-dan – 8 sentyabr 2025-ci il, saat 18:00-dək davam edəcək.
“Tehsil365” xəbər verir ki, abituriyentlər qeydiyyatdan keçmək üçün portal.edu.az platformasında yerləşdirilən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı” xidməti vasitəsilə məlumatlarını təsdiqləməli və tələb olunan sənədləri əlavə etməlidirlər.
Universitet qəbul olunan bütün abituriyentləri təbrik edərək, onlara yeni təhsil həyatında uğurlar arzulayıb.

