Avqustun 24-də Lerik şəhər Heydər Əliyev meydanında Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində milli idman növləri üzrə açıq əyləncəli idman tədbiri keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə milli güləş, daşqaldırma, ənzəli, dirədöymə, nərd, mas-reslinq və kəndirdartma milli idman növləri üzrə nümünəvi çıxışlar edilib, tədbir şəhər əhalisinin böyük marağına səbəb olub.
Kütləvi idman tədbirinin keçirilməsində məqsəd milli idman növlərinin təbliği, yeniyetmə və gənclərin idmana cəlb olunması, onlar arasında sağlam həyat tərzinin təbliği, şəhər sakinlərinin asudə vaxtının səmərəli təşkilidir.