Tibbi diaqnostika sahəsində süni intellektin istifadəsi sürətlə artır. Yeni alqoritmlər xəstəliklərin daha erkən mərhələdə aşkarlanmasına və daha dəqiq müalicə planının hazırlanmasına imkan yaradır.
“Tehsil365” xəbər verir ki, artıq bəzi xəstəxanalar süni intellekt vasitəsilə şüa analizlərini insan həkimlərdən daha dəqiq təhlil edir. Bu, səhvlərin minimuma enməsinə və müalicənin daha sürətli başlamasına şərait yaradır.
Ekspertlər bildirir ki, gələcəkdə süni intellekt yalnız həkimlərə yardımçı deyil, həm də xəstəliklərin profilaktikasında əsas vasitələrdən biri olacaq.