Mingəçevir Dövlət Universitetinə 2025/2026-cı tədris ili üzrə qəbul olunan abituriyentlərin qeydiyyatı 28 avqust saat 11:00-dan 8 sentyabr saat 18:00-dək aparılacaq.
Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, sənədlərin qəbulu onlayn qaydada portal.edu.az platforması üzərindən həyata keçiriləcək.
Qeydiyyat üçün abituriyentlər təhsil haqqında sənədin PDF formatını, oğlanlar üçün hərbi sənədi, ödənişli əsaslarla qəbul olunanlar üçün ödəniş qəbzini, həmçinin imtiyazı təsdiq edən sənədləri sistemə yükləməlidirlər.
Qeydiyyat prosesində çətinlik yaşayan şəxslər universitetin əsas tədris binasında yerləşən Kitabxanaya müraciət edə bilərlər. Eyni zamanda, portal.edu.az saytından qeydiyyatda problem yaranarsa, abituriyentlər 051 832 78 43 və 051 500 45 66 nömrələri ilə əlaqə saxlaya bilərlər.
Qeydiyyat üçün tələb olunan sənədlərlə ətraflı tanış olmaq mümkündür: https://mdu.edu.az/snd_2025-2026/