Avqustun 25-də Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksinin stadionunda 12 yaşadək futbolçular arasında II “Ulduz Cup” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb. Dövlət Himni səsləndirildikdən sonra Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsi Arif Nəbiyev və Gənclər və İdman Nazirliyinin sektor müdiri Elçin Qasımov çıxış ediblər. Açılış mərasimi rəqs nömrələri və “İdman səfiri” Xəyyam Orucovun nümunəvi çıxışları ilə davam edib.
Turnirin ilk oyun günündə bir sıra maraqlı qarşılaşmalar baş tutub.
“Sabah” (Azərbaycan) – “Paxtakor” (Özbəkistan) – 0:1
“Neftçi” (Azərbaycan) – “Şaxtyor Qaraqanda” (Qazaxıstan) – 1:1
“Qarabağ” (Azərbaycan) – “Dinamo Tbilisi” (Gürcüstan) – 0:2
“İstanbul Başakşəhər” (Türkiyə) – “Bunyodkor” (Özbəkistan) – 2:0
“Ulduz” FA (Azərbaycan) – “Trabzonspor məktəbi” (Türkiyə) – 0:2
“Aspire Akademiyası” (Qətər) – “Sduşorsi” (Qırğızıstan) – 0:2
Turnirdə 7 ölkədən 12 komanda üç qrupda mübarizə aparır:
A qrupu: “Ulduz” FA (Azərbaycan), “Trabzonspor məktəbi” (Türkiyə), “Sduşorsi” (Qırğızıstan), “Aspire Akademiyası” (Qətər)
B qrupu: “Qarabağ” FK (Azərbaycan), “Dinamo Tbilisi” (Gürcüstan), “İstanbul Başakşəhər” FK (Türkiyə), “Bunyodkor” (Özbəkistan)
C qrupu: “Sabah” FK (Azərbaycan), “Paxtakor” FK (Özbəkistan), “Neftçi” PFK (Azərbaycan), “Şaxtyor Qaraqanda” (Qazaxıstan)
Final oyunu avqustun 28-də keçiriləcək.
Qeyd edək ki, turnirin bütün oyunları Gənclər və İdman Nazirliyinin “YouTube” kanalında canlı yayımlanır.