Cəbrayıl rayonu üzrə Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə cüdo idman növü üzrə məşqçi-müəllim İsmayıl Babaşov tərəfindən tədbir keçirilib. Layihə "İdman hamı üçün" çərçivəsində reallaşdırılıb.
“Tehsil365” xəbər verir ki, tədbirin əsas məqsədi gənclərin sağlam həyat tərzinə marağının artırılması, idmana cəlb olunmalarına dəstək göstərilməsi və onların asudə vaxtlarının səmərəli təşkili olub.
Cəbrayılda təşkil olunan bu layihə çərçivəsində müxtəlif praktiki məşğələlər və maarifləndirici çıxışlar təqdim olunub. İştirakçılar sağlam həyat tərzinin faydaları və idmanın gündəlik həyatdakı rolu barədə məlumatlandırılıblar.
Qeyd edək ki, "İdman hamı üçün" layihəsi ölkənin müxtəlif bölgələrində ardıcıl olaraq həyata keçirilir və əsas hədəfi hər yaş qrupundan olan insanların idmana marağını artırmaqdır.