Avqustun 26-daGədəbəy rayon Heydər Əliyev Mərkəzində gənclər və idman sektoru ilə Heydər Əliyevin Mərkəzin birgə təşkilatçılığı ilə “Gənclərin karyera qurmaq bacarıqları” mövzusunda təlim keçirilib.
“Tehsil365” xəbər verir ki, təlimi Gədəbəy şəhər İslam Əliyev adına 3 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü liseyin direktoru Pərvanə Verdiyeva aparıb. O, gənclərə karyera planlaşdırılması, iş müsahibəsində özünü təqdimetmə, çətin suallara cavab strategiyaları, peşəkar əlaqələrin qurulması, fərdi inkişaf və əmək bazarındakı aktual trendlər barədə faydalı məlumatlar verib.
Təlim zamanı gənclərlə aktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.