Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Biləsuvar rayon Xırmandalı kənd 1 nömrəli tam orta məktəbin idman zalında uşaq, yeniyetmə və gənclər arasında cüdo idman növü üzrə Biləsuvar rayon turniri keçirilib.
“Tehsil365” xəbər verir ki, turnirdə 30 nəfərə yaxın idmançı iştirak edib. Turnirin keçirilməsində əsas məqsəd uşaq, yeniyetmə və gəncləri sağlam həyat tərzinə cəlb etmək və idmançıların yarış təcrübəsini artırmaqdan ibarət olub.
Sonda qaliblər müvafiq diplomlarla təltif olunmuşlar.