“Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr olunmuş II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək ölkəmizin son illərdə gənclər sahəsində ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən danışıb. Nazir müxtəlif ölkələrdən gələn gənclərin birgə fəaliyyəti nəticəsində yeni ideyaların və təşəbbüslərin ortaya çıxdığını vurğulayıb.
Forumda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və ICESCO-nun Bakı regional ofisinin direktor müavini Məryəm Qafarzadə də çıxış edərək müxtəlif mədəniyyətlər arasında dialoqun önəmini qeyd ediblər.
Mərasimdə iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Qeyd edək ki, Bakı, Şuşa və Xankəndi şəhərlərində keçirilən foruma dünyanın 50-dən çox ölkəsindən 70-ə yaxın gənc qatılıb.