Türkiyədə keçirilən “Marmara Cup” beynəlxalq turnirində Azərbaycan karateçiləri böyük uğura imza ataraq ümumi medal sıralamasında birinci yeri tutublar.
“Tehsil365” xəbər verir ki, İdmançılarımızdan Fərid Savadov (60 kq), Nuran Rzazadə (67 kq), Rəşid Süleymanov (75 kq) və Asiman Qurbanlı (+84 kq) qızıl medal qazanıblar. Medina Sadıqqova (55 kq), Aysu Əliyeva (61 kq), Fariz Şahbazov (60 kq) və Hüseyn Məmmədli (67 kq) gümüş medalla mükafatlandırılıblar. Fatimə Cəbrayılova (50 kq), Nəzirin Piriyeva (55 kq), Turqut Həsənov (84 kq), Fərid Şahbazlı (84 kq) və Vahid Həsənov (+84 kq) isə bürünc medal əldə ediblər.
Beləliklə, milli karateçilərimiz müxtəlif çəki dərəcələrində ümumilikdə 13 medal qazanaraq Azərbaycanın idman uğurlarına daha bir nailiyyət əlavə ediblər.