Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun Boks Təlim Mərkəzində boks idman növü üzrə ustad dərsləri keçirilib. Təlimləri “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Eldar Əbilov aparıb.
“Tehsil365” xəbər verir ki, tədbirin əsas məqsədi şəhərdə yeniyetmə və gənclər arasında boks idman növünə marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkili olub. İştirakçılar ustad dərsləri zamanı peşəkar məşqçinin tövsiyələrindən faydalanaraq bacarıqlarını inkişaf etdiriblər.
Bu cür tədbirlər gənclərin fiziki hazırlığını artırmaqla yanaşı, idman mədəniyyətinin geniş yayılmasına və sağlam həyat tərzinin təşviqinə xidmət edir.