Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı məlumata əsasən, 2025/2026-cı tədris ili üzrə III ixtisas qrupu üzrə qəbul planının 99,8 faizi dolub. Hazırda bu qrup üzrə cəmi 0,2 faiz, yəni 30 boş yer mövcuddur.
“Tehsil365” xəbər verir ki, qeyd olunan 30 yer uğrunda 3249 abituriyent mübarizə aparacaq. Bu isə III ixtisas qrupuna olan marağın yüksək olduğunu və rəqabətin son dərəcə gərgin keçəcəyini göstərir.
Qeyd edək ki, III ixtisas qrupu humanitar və ictimai elmlər üzrə ixtisasları əhatə edir və bu istiqamətə hər il minlərlə abituriyent sənəd təqdim edir.