2025/2026-cı tədris ili üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) tələbə qəbulu planının 99,7 faizi dolub.
AZƏRTAC xəbər verir ki, bu il universitetə ümumilikdə 2696 tələbə qəbul olunub. Bu nəticə ali təhsil müəssisəsinin ölkədə pedaqoji sahəyə maraq göstərən abituriyentlər arasında yüksək reytinqə malik olduğunu təsdiqləyir.
Qeyd edək ki, ADPU pedaqoji kadrların hazırlanmasında uzunmüddətli təcrübəyə malik aparıcı ali təhsil müəssisələrindən biridir və hər il minlərlə gənc bu universiteti seçim edir.