Qubada 12 yaşadək futbolçular arasında təşkil olunan II “Ulduz Cup” beynəlxalq turnirində finalçılar bəlli olub.
“Tehsil365” xəbər verir ki, 27 avqust baş tutan 1/4 final və yarımfinal oyunlarında qələbə qazanan “Neftçi” PFK (Azərbaycan) və “Paxtakor” FK (Özbəkistan) komandaları finala vəsiqə əldə ediblər. “Sabah” FK (Azərbaycan) və “Dinamo Tbilisi” (Gürcüstan) isə 3-cü yer uğrunda mübarizə aparacaq.
Avqustun 28-də saat 11:00-da 3-cü yer uğrunda qarşılaşma, saat 16:00-da isə final oyunu keçiriləcək.
Qeyd edək ki, turnirin oyunları Gənclər və İdman Nazirliyinin rəsmi “YouTube” kanalında canlı yayımlanır.