Əmanət layihəsinin şagirdləri tələbə adını qazanıb
“Tehsil365” xəbər verir ki, şəhid və qazi övladlarının inkişafına dəstək göstərən Əmanət layihəsi bu il də qəbul nəticələri ilə sevindirib. Layihənin dəstəyindən faydalanan bir sıra gənclər respublikanın nüfuzlu ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olublar.
Qazi övladları Nihat Cabbarov (Azərbaycan Tibb Universiteti – Əczaçılıq), Fidan Əsgərova (Azərbaycan Dövlət İqtisad Universiteti – İqtisadiyyat), Azər Misirxanov (Heydər Əliyev adına Bakı Hərbi Kolleci), Əsmər Hüseynova (Şamaxı Dövlət Regional Kolleci – Marketinq) və şəhid övladı Camallədin Əsədov (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – Elektrik və Elektronika mühəndisliyi) tələbə adını qazanıblar.
Qeyd edək ki, “Əmanət” layihəsi 5 ilə yaxındır ki, şəhid və qazi övladlarının fərdi inkişafına dəstək göstərir. Layihə çərçivəsində təkmilləşdirmə dərsləri, kurslar, psixoloji və karyera konsultasiyaları, sosial fəaliyyətlər, düşərgələr və digər istiqamətlər üzrə hərtərəfli dəstək həyata keçirilir.