Cari ildə 600-dən yüksək bal toplayan 127 nəfər gənc Qarabağ Universitetinin tələbəsi adını qazanıb. Müqayisə üçün qeyd edək ki, ötən il bu rəqəm 101 nəfər olub.
“Tehsil365” xəbər verir ki, Qarabağ Universiteti ötən tədris ilindən etibarən fəaliyyətə başlayıb və qısa müddət ərzində ölkənin aparıcı ali təhsil müəssisələrindən birinə çevrilmək istiqamətində mühüm addımlar atır.