Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 27 avqust 2025-ci il tarixində Abşeron Olimpiya İdman Kompleksində futbol idman növü üzrə UEFA kateqoriyalı məşqçi-müəllim Qüdrət Ələsgərov tərəfindən ustad dərsləri keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirin əsas məqsədi rayonda yeniyetmə və gənclər arasında futbol idman növünə marağın artırılması, sağlam həyat tərzinə çağırış edilməsi və asudə vaxtın səmərəli təşkilidir. Ustad dərslərində iştirakçılar futbol texnikası və taktikasına dair praktiki biliklər əldə edib, həmçinin idmanın fiziki və psixoloji faydaları barədə məlumatlandırılıblar.
Tədbir gənclərin idmana marağını artırmaq və onların bacarıqlarını inkişaf etdirmək baxımından mühüm əhəmiyyət daşıyıb.