Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə ixtisas seçimi üçün elektron ərizələrin sayını açıqlayıb.
Məlumata görə, ümumilikdə 3856 ərizə qeydə alınıb. Onlardan 399-u bakalavriat səviyyəsi üzrə, 3457-si isə orta ixtisas təhsil müəssisələrinin boş qalan yerlərinə aiddir.
Qruplar üzrə göstəricilər belədir:
I qrup üzrə – 69 ərizə
II qrup üzrə – 129 ərizə
III qrup üzrə – 261 ərizə
IV qrup üzrə – 23 ərizə
V qrup üzrə – 3 ərizə
Orta ixtisas (11 illik təhsil bazasından) – 3457 ərizə
Ərizələrin 3341-i Azərbaycan bölməsi, 203-ü isə rus bölməsi üzrə təqdim olunub.