Avqustun 26-dan 31-dək Bolqarıstanın Albena şəhərində təşkil olunan Müəllimlərin XXI Yay İdman Oyunlarında Azərbaycan təhsil işçiləri də uğurla çıxış ediblər.
“Tehsil365” xəbər verir ki, yarışlarda qadınlardan ibarət komandamız stolüstü tennis üzrə üçüncü yeri, kişilərdən ibarət komandamız isə birinci yeri qazanaraq ölkəmizi layiqincə təmsil ediblər.
Azərbaycan təhsil işçilərinin bu mötəbər yarışlarda iştirakı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə təmin olunub.
Qalib komandalarımızı ürəkdən təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq.