28 avqust Heydər Əliyev adına parkda Zərdab rayonu üzrə gənclər və idman sektorunun, Zərdab Gənclər evi SXM-in və Zərdab Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Təhsil millətin gələcəyidir" adlı ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə görüş keçirildi.
“Tehsil365” xəbər verir ki, tədbirdə çıxış edənlər təhsilin inkişafına göstərilən dövlət qayğısından, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizdə təhsil strategiyasının uğurla həyata keçirilməsindən geniş söhbət açaraq tələbə adını qazanmış bütün məzunları əldə etdikləri yüksək nəticələr münasibəti ilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Daha sonra tədbir çay süfrəsi ətrafında istedadlı rayon gəncləri tərəfindən, müxtəlif rəqs nümunələri, musiqi nömrələri, ifalar nümayiş olundu.