Təhsil 365 - Logo Mobile

DİM orta ixtisas təhsili müəssisələrində boş yerlər üzrə ixtisas seçimi elan edib

26329.08.2025 - 07:18
DİM orta ixtisas təhsili müəssisələrində boş yerlər üzrə ixtisas seçimi elan edib

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 29-dan sentyabrın 3-dək ixtisas seçimi elan edir.

DİM-dən “Tehsil365”ə bildirilib ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti (sahələr üzrə)” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2025-ci il avqustun 29-dan sentyabrın 3-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hü­ququ olan abi­tu­ri­yent orta ixtisas təhsili müəssisələ­rinin dövlət hesa­bı­na və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu­nu seçib //eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituri­yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.

İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabi­qədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub. Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq,  www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür.  //shorturl.at/B4g0M

Jurnalların elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal

Aysu Məmmədli

Xəbər Lenti

Londonda azərbaycanlı musiqiçilərin iştirakı ilə xeyriyyə konserti keçirilib18.10.2025 - 19:54
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub18.10.2025 - 19:49
“Bu gün jurnalistikada əsas məqsəd keyfiyyət yox, reytinq olub” — İsa Şükürov18.10.2025 - 19:37
Emil İsmayılov: “Türkiyədə təhsil almaq həm fərqli bir təcrübə, həm də inkişaf imkanıdır”18.10.2025 - 19:22
Romada muğam konserti təşkil edilib18.10.2025 - 19:16
Naxçıvanda şəhid ailələri üçün tibbi aksiya təşkil olunub18.10.2025 - 19:07
“İnsanın münasibətlərdəki davranışı və seçimləri onun uşaqlıqda formalaşan emosional təcrübələrinin nəticəsidir”-psixoloqdan açıqlama18.10.2025 - 19:00
Müstəqilliyin Bərpası Günü Batumidə geniş qeyd olunub18.10.2025 - 18:52
Hər dərdə çarədir18.10.2025 - 18:40
Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən dərslər semestr boyu davam etdirilir18.10.2025 - 18:32
Yaponiyada məşhur “meşə hamamı” terapiyası 18.10.2025 - 18:30
Hansı dərmanları qəbul edərkən qəhvə içmək olmaz? - Britaniyalı əczaçıdan XƏBƏRDARLIQ18.10.2025 - 18:25
Polis Akademiyasında “Açıq qapı” tədbiri keçirilib18.10.2025 - 18:24
Oyunlaşdırma (Gamification) və Öyrənmə: Tədrisə Oyun Elementlərinin Daxil Edilməsi Motivasiyanı Necə Artırır?  18.10.2025 - 18:19
Bu müəllimlərin maaşının artırılması gözlənilir18.10.2025 - 18:14
"Baku TV" və "Özbəkistan 24" arasında əməkdaşlıq memorandumu imzalanıb18.10.2025 - 18:10
Samuxlu şagirdlər Gəncə Dövlət Universitetində18.10.2025 - 18:06
18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr edilmiş tədbir keçirilib18.10.2025 - 17:57
Tənqidi təfəkkürün inkişafı: Məktəblərdə əzbərçilikdən kənar bacarıqların öyrədilməsinin əhəmiyyəti  18.10.2025 - 17:46
BDU-da ustad dərsi: “Startap ekosisteminə giriş”18.10.2025 - 17:38
Peşə Təhsilinin Populyarlaşdırılması: Ali Təhsillə Müqayisədə Rolu və Cəmiyyətə Faydaları  18.10.2025 - 17:34
Nübar Abdurrahmanlı: “Heç kəs üçün xəyallarınızdan əl çəkməyin”18.10.2025 - 17:30
Naxçıvanda şəhid ailələri üçün tibbi aksiya təşkil olunub18.10.2025 - 17:27
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub18.10.2025 - 17:24
"Tehsil365" xəbər portalı "Məzun günü" tədbiri keçirib18.10.2025 - 17:22
Zülfiyyə Sultanova: “Əzmlə çalışmaq və məqsədə sadiq qalmaq — uğurun əsas açarıdır"18.10.2025 - 17:15
Siyasi alleqoriyanın gücü: “Heyvanıstan”18.10.2025 - 17:12
Bakıda yeni katolik kilsəsi tikiləcək18.10.2025 - 17:00
Yeniyetmələr arasında Aran-Mil-Muğan bölgəsi üzrə region birinciliyi keçirilib18.10.2025 - 17:00
Vüsalə Əliyeva: “Hər bir imtahan sənin dəyərini deyil, hazırlığını ölçür”18.10.2025 - 16:50
Kibertəhlükəsizlikdə idarəetmə sahəsində müasir yanaşmalar təqdim edilib18.10.2025 - 16:47
Qazaxıstanın Füzulidə tikdirdiyi mərkəzdə 100 uşaq təhsil alır18.10.2025 - 16:45
V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri mükafatlandırılıb18.10.2025 - 16:35
Luvr muzeyində azərbaycanlı rəssamların əsərləri sərgilənir18.10.2025 - 16:30
Milli Kitabxanada Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı sərgi açılıb18.10.2025 - 16:15
Los-Ancelesdə Azərbaycan mədəniyyəti tanıdılıb18.10.2025 - 16:00
Moskvada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert keçirilib18.10.2025 - 15:45
Gəncədə Çanaqqala döyüşləri muzeyinin açılışı olub18.10.2025 - 15:30
Dövlət YUĞ Teatrı Meksikada keçirilən beynəlxalq festivalda Azərbaycanı təmsil edib18.10.2025 - 15:15
Ordubadda abidələrin inventarizasiyası aparılır18.10.2025 - 15:00
BSU-da “Müstəqil Azərbaycanın memarı: Heydər Əliyev” mövzusunda görüş keçirilib18.10.2025 - 14:40
Xınalıq kəndi Ümumdünya Turizm Təşkilatının “Ən yaxşı turizm kəndi” elan edilib18.10.2025 - 14:40
GİTİS-də Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirilib18.10.2025 - 14:30
Qazaxıstan paytaxtında Azərbaycan xalça sənəti təqdim olunub18.10.2025 - 14:20
Şair-publisist İsgəndər Səklikovun yaradıcılığına həsr olunmuş tədbir keçirilib18.10.2025 - 14:10
Romada muğam konserti təşkil edilib18.10.2025 - 14:00
Aysel Paşayeva: "Hər öyrənilən bilik, insanın öz taleyinə yazdığı ən gözəl cümlədir"18.10.2025 - 13:30
“Region məktəblərinə daha çox diqqət lazımdır”– ekspert18.10.2025 - 13:15