2025-ci ildə ölkə üzrə 11 illik kolleclərə qəbul üçün ayrılan plan yerlərinin sayı artırılıb. Belə ki, ötən il 12 min 370 yer nəzərdə tutulmuşdursa, bu il həmin göstərici 15 min 857-yə yüksəlib.
“Tehsil365” xəbər verir ki, Azərbaycan bölməsi üzrə ümumilikdə 15 min 267 yer ayrılıb. Onlardan 5202-si ödənişsiz, 10 min 65-i isə ödənişli əsaslarla tədris olunacaq.
Rus bölməsi üzrə isə 590 yer mövcuddur. Bu yerlərin 163-ü ödənişsiz, 427-si isə ödənişli əsaslı təhsil forması üçün nəzərdə tutulub.