Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, Naxçıvan Dövlət Universiteti bu il də ənənəvi olaraq yüksək qəbul göstəriciləri ilə seçilib.
Qəbul imtahanlarında IV qrup üzrə 600-dən yuxarı bal toplamış 130 abituriyent Naxçıvan Dövlət Universitetini seçib.
Universitetin ixtisasları arasında ən yüksək bal Tibb (tədrisi ingilis dilində) ixtisasına qeydə alınıb. Belə ki, bu ixtisas üzrə keçid balı 607, Tibb ixtisasında minimal bal 604.100, Stomatologiya ixtisasında isə 600.400 olub.
Nəticədə plan yerləri tam dolub və universitet tarixində rekord göstərici qeydə alınıb.