Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Rəvan" idman klubunda şəhid Fərid Hüseynovun xatirəsinə yeniyetmə və gənclər arasında qol güləşi turniri keçirilib.
“Tehsil365” xəbər verir ki, əvvəlcə Dövlət Himni səslənib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rəsmi hissədə çıxış edənlər idmançıları salamlayaraq onlara uğurlar diləyiblər.
Yarışın keçirilməsində məqsəd qol güləşi idman növünün təbliği, texniki və taktiki hazırlıqların yüksəldilməsi, sağlam həyat tərzinə çağırışdan ibarət olmuşdur.
Yarışda gənclər ruh yüksəkliyi ilə iştirak ediblər və qalib olmaq uğrunda əzmlə mübarizə aparıblar. Yarışın sonunda qaliblər müəyyən olunaraq Mil-Muğan RGİİ-nin diplom və medalları ilə təltif olunublar.