Avqustun 29-da Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev adına Xatirə Parkında "İdman hamı üçün" layihəsi çərçivəsində gimnastika, voleybol, atletika, ağırlıqqaldırma, kyokuşin karate, kəndirlə mübarizə, nərd, dama və digər mütəhərrik oyun növləri üzrə nümunəvi çıxışlar göstərilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və idarənin nəzdində Lənkəran şəhər UGİM-in kollektivi, “Lənkəran” İdman klubunun kollektivi, Lənkəran Gənclər Evinin kollektivi və rayon sakinləri iştirak ediblər, tədbir onların böyük marağına səbəb olub.
Kütləvi idman tədbirinin təşkilində məqsəd əhali arasında idmanın təbliği, idmana marağın artırılması, fiziki inkişafına, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.