26-27 avqust 2025-ci il tarixlərində Qazax Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə açıq birincilik təşkil olunub. Yarışda 2012-2013-cü il təvəllüdlü kiçik yaşlı yeniyetmələr mübarizə aparıblar.
“Tehsil365” xəbər verir ki, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə idmançılar müxtəlif çəki dərəcələrində güclərini sınayıb. Nəticələrə əsasən, 1-ci, 2-ci və 3-cü yerləri tutan iştirakçılar Qazax UGİM tərəfindən diplomlarla təltif olunublar.
Bu kimi yarışların keçirilməsi regionda idmanın inkişafına, yeniyetmələrin sağlam həyat tərzinə və güləş idmanına marağın artırılmasına xidmət edir.