29 avqust 2025-ci il tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Abşeron rayon Heydər Əliyev Mərkəzində “Gənc invest” adlı startup görüş təşkil olunub.
“Tehsil365” xəbər verir ki, tədbirin əsas məqsədi gənclərin fərdi sahibkarlıq ideyalarının və biznes təşəbbüslərinin dinlənilməsi, layihələrin inkişaf etdirilməsi və onların həyata keçirilməsinə dəstək göstərilməsi olub. Görüşdə iştirak edən gənclər innovativ fikirlərini təqdim edib, həmçinin mütəxəssislərlə müzakirələr aparıblar.
Startup görüşü gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların sahibkarlıq bacarıqlarının inkişafı və yeni layihələrin reallaşdırılmasına imkan yaratmaq baxımından mühüm platforma kimi qiymətləndirilib.