Avqustun 29-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahında "Konstitusiya və Suverenlik ili" çərçivəsində Nərd üzrə rayon turniri keçirilib.
“Tehsil365” xəbər verir ki, turnirin keçirilməsində məqsəd rayon sakinlərinin asudə vaxtının səmərəli və mənalı keçirilməsi, nərd idman növünə marağın artırılması, nərd ustalarının aşkar edilməsidir.
Qaliblər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallarla təltif olunub.
Turnirdə 24 nəfər iştirak edib.