Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına əsasən, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) baza üzrə orta ixtisas təhsili müəssisələrinə ümumilikdə 13 345 elektron ərizə təqdim olunub.
Bakalavriat səviyyəsi üzrə boş qalan yerlərə
I qrup üzrə – 169 ərizə (161 Azərbaycan bölməsi, 8 rus bölməsi)
II qrup üzrə – 317 ərizə (293 Azərbaycan bölməsi, 24 rus bölməsi)
III qrup üzrə – 553 ərizə (478 Azərbaycan bölməsi, 75 rus bölməsi)
IV qrup üzrə – 47 ərizə (36 Azərbaycan bölməsi, 11 rus bölməsi)
V qrup üzrə – 6 ərizə (4 Azərbaycan bölməsi, 2 rus bölməsi)
Tam orta (11 illik) baza üzrə orta ixtisas təhsili müəssisələrinə
12 490 ərizə (11 933 Azərbaycan bölməsi, 557 rus bölməsi).
Beləliklə, ümumi ərizələrin sayı 13 345 təşkil edib.