Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, cari ildə keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlərin təhsil üçün seçdikləri ali məktəblər açıqlanıb.
“Tehsil365” xəbər verir ki, I qrup üzrə 698,3 bal toplayan Müşfiq Əlili təhsilini Bakı Ali Neft Məktəbində davam etdirəcək.
II qrup üzrə 680 bal toplayan Xədicə İsmayılova da seçimində Bakı Ali Neft Məktəbinə üstünlük verib.
III qrup üzrə 697,5 bal toplayan Çiçək Hümmətli Bakı Dövlət Universitetini seçib.
IV qrup üzrə 700 bal toplayan Sona Nurməhəmmədli və Orxan Abdulsəmədli isə Azərbaycan Tibb Universitetində təhsil alacaqlar.