“Tehsil365” xəbər verir ki, Hindistanda məktəb müəllimlərinin ümumi sayı 2024-2025-ci tədris ili üzrə aparılan UDISE+ hesabatına əsasən 1 kro (10 milyon) nəfəri keçib.
Rəsmi statistikaya görə, ölkə üzrə məktəblərin 63 faizində kompüter və internet mövcuddur. Lakin problemlər də qalmaqdadır: təxminən 8 min məktəbdə şagird qeydiyyatı sıfırdır, həmçinin 100 minə yaxın məktəb yalnız bir müəllimlə fəaliyyət göstərir.
Hesabatda qeyd olunur ki, əlilliyi olan uşaqların təhsilə çıxışını asanlaşdıran infrastruktur – rampalar və xüsusi tualetlər – ölkə məktəblərinin yalnız 55 faizində mövcuddur.