30 avqust Salyan Olimpiya İdman Kompleksində “Konstitusiya və Suverenlik İli” çərçivəsində cüdo idman növü üzrə uşaq və yeniyetmələr arasında rayon turniri təşkil olunub. Yarış Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun və Salyan Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
“Tehsil365” xəbər verir ki, turnir iştirakçılarına əvvəlcə yarışın qaydaları izah edilib, daha sonra gənc cüdoçular arasında gərgin və maraqlı qarşılaşmalara start verilib. Yarışın yekununda qalib və mükafatçılar diplom və medallarla təltif olunublar.
Tədbirdə çıxış edən Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov qalib idmançıları təbrik edərək onların gələcək idman karyeralarında uğurlar arzulayıb. Sonda iştirakçılar və təşkilatçılar xatirə şəkli çəkdiriblər.