Cəbrayıl rayonu üzrə gənclər və idman sektoru tərəfindən 19-26 avqust tarixlərində təşkil olunan “Təbiət mənzərələri” adlı foto müsabiqəsi yekunlaşıb. Yarışmada iştirakçılar təbiətin gözəlliklərini əks etdirən fotolarla çıxış ediblər.
“Tehsil365” xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən qaliblər müəyyən olunub və onlar Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar. Tədbirin keçirilməsində məqsəd gənclərin yaradıcılıq bacarıqlarının inkişafına dəstək vermək, təbiətə olan sevgini və ekoloji dəyərləri təbliğ etmək olub.