Avqustun 30-da Azərbaycanda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı uğurla başa çatıb. Yarışlarda yeniyetmələr, gənclər, kişilər və qadınlar arasında qaliblər müəyyənləşib.
“Tehsil365” xəbər verir ki, yeniyetmələr arasında qızlardan Sona Rüstəmli qızıl, Leyla Məmmədli gümüş, Banu Əhədzadə isə bürünc medal qazanıb. Oğlanlar arasında Məhəmməd İsmayılov birinci, Hüseyn Məhərrəmov ikinci, Cəmil Novruzov isə üçüncü yeri tutublar.
Gənclər arasında qızlardan Sümeyyə Bədəlli qızıl, Yağmur Qurbanlı gümüş, Zəhra Çarçılı isə bürünc medala layiq görülüb. Oğlanlardan isə Sərdar Vəliyev birinci, Nurlan Rəhimli ikinci, Muhamməd Balakişiyev isə üçüncü yeri əldə edib.
Kişilər arasında Roman Venqerov, Məhəmmədəli Əliyev və Anar Cavadzadə, qadınlar arasında isə Yaylagül Ramazanova, Svetlana Simonova və Fatimə Hüseynli müvafiq olaraq ilk üçlüyü bölüşüblər.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev, vitse-prezident Rauf Əliyev və İdarə Heyətinin üzvü Sümbül Turabova təqdim ediblər.