Təhsil 365 - Logo Mobile

Dünya ədəbiyyatında əbədi iz qoyan yazıçı – Lev Tolstoy

5830.08.2025 - 18:45
Dünya ədəbiyyatında əbədi iz qoyan yazıçı – Lev Tolstoy

Böyük rus yazıçısı və mütəfəkkiri qraf Lev Nikolayeviç Tolstoy 1828-ci il avqustun 28-də Tula quberniyasının Yasnaya Polyana malikanəsində anadan olub. O, böyük zadəgan ailəsinin 4-cü uşağı olub. Valideynlərini tez itirdikləri üçün onu bacı və qardaşları ilə birlikdə ailənin uzaq qohumu T.A.Yerqolskaya tərbiyə edib. Buna baxmayaraq, Tolstoy uşaqlıq illərini həmişə ən xoş xatirələrlə xatırlayır: ailə əhvalatları, zadəgan malikanəsində həyatın ilk təəssüratları onun əsərləri üçün zəngin material olur və sonralar “Uşaqlıq” adlanan avtobioqrafik povestdə təsvir olunur. “Tehsil365” Lev Tolstoy haqqında məlumatı təqdim edir.

L.Tolstoyun 13 yaşı olanda ailəsi Kazana köçür. Gələcək yazıçı 1844-cü ildə Kazan Universitetinin fəlsəfə fakültəsinin Şərq dilləri bölməsinə daxil olur, sonralar hüquq fakültəsinə keçir.

Universitetdə oxumaq L.Tolstoy üçün darıxdırıcı olduğu üçün təhsilini yarımçıq qoyub və dağlılarla döyüşmək üçün 1951-ci ildə qardaşı Nikolayla bilrikdə Qafqaza yola düşür. Təxminən üç il Terek çayının sahilindəki kazak stanitsasında yaşayır, tez-tez Qızlar, Tiflis və Vladiqafqaza gedir, hərbi əməliyyatlarda iştirak edir.

Qafqaz təəssüratlarının təsiri ilə yazdığı əsərlər Tolstoyun psixoloqluq, rəssamlıq və yazıçılıq istedadını üzə çıxarır.

Qafqazın valehedici təbiəti və kazak həyatının sadəliyi onu “Kazaklar” avtobioqrafik povestini yazmağa sövq edir. Qafqaz təəssüratları “Basqın” (1853), “Meşənin qırılması” (1855) hekayələrində, habelə çox sonralar yazdığı “Hacı Murad” povestində də əksini tapır. Qafqazda xidmət etdiyi illərdə L.Tolstoy əvvəlcə “Uşaqlıq” povestini yazır və onu “Sovremennik” jurnalına göndərir, amma adını açıqlamır. Povest 1852-ci ildə “L.N.” inisialı ilə çap olunur. Sonralar onun “İlk gənclik” və “Gənclik” povestləri işıq üzü görür. Bu əsərlər “Uşaqlıq” ilə birlikdə avtobioqrafik trilogiya təşkil edir. L.Tolstoyun ədəbi debütü çox uğurlu olur və onu dərhal məşhurlaşdırır.

L.Tolstoy döyüş əməliyyatları başa çatandan sonra hərbi xidmətdən azad olaraq bir müddət Sankt-Peterburqda yaşayır və ədəbi dairələrdə böyük ad-san qazanır. O, “Sovremennik” dərnəyinin üzvü olur, Nikolay Nekrasov, İvan Turgenev, İvan Qonçarov, Nikolay Çernışevski və digər tanınmış rus yazıçıları ilə dostluq etməyə başlayır.

Kübar və əbədi həyatdan yorulan L.Tolstoy 1860-cı illərin sonunda özünün Yasnaya Polyana malikanəsində yaşamağa başlayır. Orada kəndli uşaqları üçün məktəb açır, 1859-1862-ci illərdə bu məktəbdə çalışır. O, “Yasnaya Polyana” adlı pedaqoji jurnal (1862-ci il) nəşr edir, ciddi proqramlardan və sərt intizam qaydalarından uzaq təhsil və tərbiyə sistemini təbliğ edir. 1862-ci ildə Sofya Andreyevna Bers ilə evlənir və kübar cəmiyyətindən uzaqda - öz malikanəsində patriarxal ailə başçısı kimi yaşamağa başlayır. Təhkimçiliyin ləğv olunması ilə əlaqədar islahatların aparıldığı illərdə Krapivensk qəzasında barışdırıcı münsif kimi mülkədarlarla kəndlilər arasındakı mübahisələri həll edir.

L.Tolstoy 1863-cü ildə özünün ən böyük əsəri – “Hərb və sülh” epopeyası üzərində işləməyə başlayır. Rus və dünya ədəbiyyatında unikal əsər olan bu roman üzərində iş altı il davam edir. Romanda istər uydurma, istərsə də real (məsələn, Napoleon, I Aleksandr, Kutuzov) 550-dən çox personaj təsvir edilib. Əsərdə müəllifin azadlıq və zərurət, tarixi prosesin hərəkətverici qüvvələri haqqında mülahizələri ilə müşayiət olunan tarixi-fəlsəfi məzmunlu fəsillərlə bədii məzmunlu fəsillər bir-birini əvəzləyir.

Yazıçı ən yaxşı qəhrəmanlarını daxili təlatümləri ilə birlikdə, daim həqiqət axtarışında, özlərini və dünyanı dəyişdirmək əzmində olan insanlar kimi təsvir edib. Knyaz Andrey Bolkonski, qraf Pyer Bezuxov, Nataşa Rostova, knyaz qızı Marya məhz belə qəhrəmanlardır. Roman rus xalqının tarixi müqəddəratının həll olunduğu dövrə - 1812-ci ilin Vətən müharibəsində həsr olunub. “Hərb və sülh” romanı üzərində iş başa çatandan sonra yazıçının həyatının çox çətin dövrü başlayır. Ədəbi tənqid roman üzərinə sərt hücuma keçir, xüsusən də fəlsəfi-tarixi məzmunlu fəsillər pislənir. Bütün bu rəylər müəllifi çox incidir.

L.Tolstoy 1873-1877-ci illərdə özünün ikinci böyük romanını – “Anna Karenina”nı, daha sonra “Dirilmə” romanını yazır.

Lev Tolstoy uşaqlar üçün çoxlu nağıl, hekayə, təmsil və povest yazıb. O dövrdə uşaq kitabları, demək olar ki, yox idi. L.Tolstoy uşaqların başa düşdüyü sadə dildə yazdığı hekayələr hələ də öz aktuallığını və əhəmiyyətinin itirməyib.

L.Tolstoy 1870-ci illərin əvvəlində “ Əlifba” və “Yeni əlifba” kitablarını tərtib və nəşr edib. Bu kitablar üçün orijinal hekayələr yazıb, nağıl və təmsilləri qələmə alıb. Ömrünün son illərində L.Tolstoy öz əqidə-etiqadı ilə Yasnaya Polyanadakı kübar həyat arasındakı ziddiyyətdən doğan dərin mənəvi əzab keçirirdi. O, 1910-cu il noyabrın 10-da malikanəsini xəlvətcə tərk edir, yolda sətəlcəm olur və noyabrın 20-də Ural dəmir yolunun Astapovo stansiyasında vəfat edir. O, Yasnaya Polyanada dəfn olunub.

Fidan Fətullayeva

Xəbər Lenti

Naxçıvanda orta məktəb müəllimi keçmiş arvadının qollarını doğradı02.09.2025 - 19:10
Toya hazırlaşan gənc məktəbli qızı vuraraq öldürdü02.09.2025 - 19:07
Simulyasiya nəzəriyyəsi: həyatın həqiqiliyi sualları02.09.2025 - 19:00
Xaçmaz rayonunda nərd üzrə turnir keçirilib02.09.2025 - 18:50
Vikinqlərin Avropada təsir dairəsi02.09.2025 - 18:45
Olimpiya oyunları: qədim Yunan idmanının sirrləri02.09.2025 - 18:30
Dünyanı dəyişdirən qadınlar: Kleopatra, Janna Dark, Rosa Parks02.09.2025 - 18:15
Kibersosialogiya – rəqəmsal cəmiyyətin tədqiqi02.09.2025 - 18:00
Dövlət İmtahan Mərkəzi 2025-ci ilin avqust ayında göstərilən xidmətlərlə bağlı statistik məlumatları açıqlayıb02.09.2025 - 17:49
Tarixi memarlıq möcüzələri: Kolizey, Machu Picchu, Petra02.09.2025 - 17:45
ADA Universitetinə qəbulun III ixtisas qrupu üzrə keçid balları 02.09.2025 - 17:39
Absurdizm və müasir həyat: həyatın mənasızlığı ilə necə yaşamaq olar?02.09.2025 - 17:30
Qarabağ Universitetinin III qrup üzrə keçid balları02.09.2025 - 17:26
Qədim universitetlərin mirası: Nalanda, Bolonya və Əndəlus02.09.2025 - 17:15
Göyçayda “Fırçanın sirdaşı və ya bir rəssam ömrü” adlı rəsm sərgisi keçirilib02.09.2025 - 17:10
Kreativ yazı və hekayə yazma bacarıqlarının tələbələrin inkişafında rolu02.09.2025 - 17:00
Determinizm: keçmişə müdaxilə mümkündürmü?02.09.2025 - 17:00
Məmmədhüseyn Şəhriyar-"Heydərbabaya salam"02.09.2025 - 16:51
Mentor dəstəyinin tələbələrin akademik və şəxsi uğur qazanmasında rolu02.09.2025 - 16:48
Əkrəm Həsənov: “Azərbaycanda jurnalistikanın əsas problemi qanunda deyil, maliyyələşmədədir”02.09.2025 - 16:44
Yeni peşələr və gələcəkdə tələb olunacaq bacarıqlar 02.09.2025 - 16:43
Kamran Zeynalov Serbiyada Qran-Pri turnirinin qalibi oldu02.09.2025 - 16:39
Tələbələr üçün layihə əsaslı təhsil proqramları necə uğura aparır?02.09.2025 - 16:36
Məktəblilərin dünyagörüşünü inkişafı:teatr tamaşaları02.09.2025 - 16:30
ADPU-da 13 ixtisas üzrə keçid balı 500-dən yüksək olub02.09.2025 - 16:27
Süleyman Rüstəm-"Təbrizim"02.09.2025 - 16:25
Region məktəblərində təhsil: problemlər və həll yolları barədə – MÜSAHİBƏ02.09.2025 - 16:20
Milli musiqi gənclərin maraq dairəsində necə yer tutur?02.09.2025 - 16:14
Zəlimxan Yaqub-"Bu dünyanın hər üzünü görmüşəm"02.09.2025 - 16:00
Kolleclərə qəbul üçün ixtisas seçimi bu gün başa çatır02.09.2025 - 15:57
Gənclərin seçdiyi peşələr əmək bazarının tələblərinə cavab verirmi?02.09.2025 - 15:55
Psixoloq: "dini təhsil gənclərin əxlaqi qərarlarında yol göstərir" 02.09.2025 - 15:49
Fikrət Sadıq – Şair, ssenarist və kino redaktoru02.09.2025 - 15:45
Gənclərdə ekoloji şüurun formalaşdırılması əhəmiyyət kəsb edir02.09.2025 - 15:40
Brandon Ambrosino yeni kitabında Allahın iradəsini və insan faciələrini araşdırır02.09.2025 - 15:39
Pedaqoji ixtisasların plan yerlərinin 36 faizi ADPU-nun payına düşür02.09.2025 - 15:36
Şəhərdə velosiped istifadəsinin insan sağlamlığı və ekoloji mühit üçün faydaları02.09.2025 - 15:30
Gənclərin könüllü fəaliyyətlərə marağı artırmı? 02.09.2025 - 15:28
Abdulla Şaiq-"Quzu"02.09.2025 - 15:24
Bakalavriat və orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçiminin son günüdür02.09.2025 - 15:20
Tələbələr üçün kirayə mənzil tapmaqda çətinliklər və mümkün həll yolları02.09.2025 - 15:19
Dini təhsil gənclərin əxlaqi dilemmaları həll etməsinə necə təsir edir?02.09.2025 - 15:16
Universitet tələbələrində tənhalıq probleminin səbəbləri və həll yolları02.09.2025 - 15:07
Fikrət Qoca-"Sənsən"02.09.2025 - 15:00
Yeniyetmələrdə aqressiyanın əsas səbəbləri və qarşısının alınması yolları02.09.2025 - 14:53
Ali təhsildə din və dünyəvilik: dindarlar akademiyada necə yer tapır?02.09.2025 - 14:47
Sosial şəbəkələr gənclərin özünəinamını necə formalaşdırır?02.09.2025 - 14:45
Ramiz Rövşən-"Dünya qəfil işıqlansa"02.09.2025 - 14:40