Təhsil 365 - Logo Mobile

Sergey Yesenin: Qızıl dövrü və Bakıya sevgisi

5830.08.2025 - 18:55
Sergey Yesenin: Qızıl dövrü və Bakıya sevgisi

1895-ci il sentyabrın 21-də (oktyabrın 3-də) Ryazan quberniyasının Kuzmino vilayətinin Konstantinovo kəndində anadan olub.”Tehsil365” Sergey Yesenin haqqında məlumatı oxuculara təqdim edir.

Yazıb oxumağı beş yaşında öyrənən Yesenin doqquz yaşından şeir yazmağa başlayır. 1913-cü ildə azad dinləyici kimi Şanyavski Universitetinə daxil olur. Şeirləri “Russkaya mısl” (“Русская мысль”), “Jizn dlya vsex” (“Жизнь для всех”), “Yejemesyaçnıy jurnal” (“Ежемесячный журнал”), “Severniye zapiski” (“Северние записки”) və başqa jurnallarda çap edilir. 1915-ci ilin noyabr ayında ilk kitabı – Radunitsa (Радуница) nəşr olunur.

1918-1921-ci illər ərzində Türküstana, Qafqaza, İrana, Krıma, Bessarabiyaya, səyahət edir.

1921-ci ildə Aysedora Dunkan ilə evlənir və demək olar ki bütün Avropanı və bir çox dünya ölkələrini gəzir.

Bakıda keçirdiyi aylar onun yaradıcılığının ən məhsuldar dövrü hesab olunur. Yeseninşünaslar bu dövrü “Yeseninin qızıl dövrü” adlandırır və həmin dövrü Puşkin yaradıcılığındakı “Boldino payızı” ilə müqayisə edirlər.

Yesenin Bakıda olduğu dövrdə yerli mətbuatda 37 şeir və 2 poeması, o cümlədən sevgi poeziyasında xüsusi yeri olan “İran nəğmələri” silsiləsindən bir sıra şeirlər dərc edilib. Ümumiyyətlə, “Bakinski raboçi” qəzeti Yeseninin öz əsərlərini ən çox dərc etdirdiyi mənbədir. Bu qəzetdə onun 47 şeiri və 3 poeması işıq üzü görüb. Bu baxımdan ikinci sırada 1921-ci ildən Moskvada çıxan “Красная новь” jurnalı durur. Yesenin Bakıya sevgisini özünün məşhur “Əlvida, Bakı” (“Прощай, Баку”) şeirində tərənnüm edib.

Şeirləri dünyanın 50-dən çox dilinə, o cümlədən 117 şeir və 2 poeması Azərbaycan dilinə tərcümə olunub.

1925-ci il dekabrın 27-dən 28-nə keçən gecə Leninqradın “Anqleter” otelində Yesenin özünü asaraq intihar edir. Nəşi Moskvaya gətirilərək dekabrın 31-də Vaqankovo qəbiristanlığında dəfn olunur.

Ölümündən cəmi bir neçə saat əvvəl öz qanı ilə “Xudahafiz mənim dostum, xudahafiz” (“До свиданья, друг мой, до свиданья”) şeirini yazan Yeseninin ölümü uzun illər intihar kimi qəbul edilsə də, 80-ci illərin sonuna yaxın bununla bağlı yeni, müəmmalı fikirlər ortaya çıxmağa başlayıb.

Mərdəkanda Yeseninin yaşadığı evdə onun xatirə muzeyi fəaliyyət göstərir və həmin muzeyin yerləşdiyi küçə şairin adını daşıyır.

Fidan Fətullayeva

Xəbər Lenti

San-Paulu Universiteti: Braziliyanın akademik zirvəsi01.09.2025 - 19:25
İnsan hüquqlarının tarixi və inkişafı01.09.2025 - 19:15
İnsan şüuru virtual dünyada necə dəyişir?01.09.2025 - 19:05
Dünyanı dəyişdirən liderlər: Napoleon, Çingiz Xan, Abraham Linkoln01.09.2025 - 18:56
Goranboyda dəhşətli qəza – məktəbli həyatını itirdi01.09.2025 - 18:52
14 yaşlı məktəbli davamlı işgəncəyə məruz qalıb01.09.2025 - 18:45
Şamaxı Avropa liseyinin məzunu Qarabağ Universitetinə qəbul olub01.09.2025 - 18:40
İnsan və mənəviyyat: maddi və mənəvi dəyərlərin mübahisəsi01.09.2025 - 18:33
Tərtərdə “Gənc qazilərin yay düşərgəsi” uğurla keçirilib01.09.2025 - 18:22
Tarixi şəhərlərin itməsi: Pompey, Moche, Tenoçtitlan01.09.2025 - 18:15
Vrotslav Tibb Universiteti: təhsil və elmin işığında01.09.2025 - 18:05
Beyləqanda sərbəst güləş üzrə rayon turniri keçirilib01.09.2025 - 17:56
Cəlilabadda “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilib01.09.2025 - 17:49
Qranada Universiteti: tarix və müasirliyin qovuşuğunda01.09.2025 - 17:43
Qazaxda gənc alim və tədqiqatçıların yay düşərgəsi: milli dəyərlərlə rəqəmsal gələcəyə01.09.2025 - 17:33
Lənkəran Gənclər evində “Gəl danışaq” adlı tədbir keçirilib01.09.2025 - 17:25
İsveçrənin elmi incisi - Lozanna Universiteti01.09.2025 - 17:15
Bakıda yeniyetməyə qarşı zorakılıq: polis araşdırmaya başlayıb01.09.2025 - 17:08
Tələbələr həyat balansını qorumaq üçün hansı üsullardan istifadə edə bilərlər?01.09.2025 - 17:00
Dövlət İdarəçilik Akademiyası Hüquqşünaslıq ixtisası üzrə ölkə üzrə birinci oldu01.09.2025 - 16:59
Gənclər üçün motivasiya və məqsəd qoyma texnikaları necə uğur gətirir01.09.2025 - 16:52
Aşıq Abbas Tufarqanlı-"Bəyənməz"01.09.2025 - 16:50
Bakı Ali Neft Məktəbinin bütün dövlət sifarişli ixtisaslarına qəbul 600-dən yüksək balla olub01.09.2025 - 16:43
Gənclər üçün təhsil və əyləncəni balanslaşdırmaq niyə vacibdir?01.09.2025 - 16:35
Pedaqoji Universitetdə 13 ixtisas üzrə keçid balı 500-dən yüksək olub01.09.2025 - 16:32
Könüllülük, ictimai fəaliyyət və liderlik bacarıqlarının gənclərin inkişafındakı rolu01.09.2025 - 16:28
Vahid Əziz-"Mənə yüz il ömür arzulamayın"01.09.2025 - 16:25
Naxçıvan Dövlət Universitetinə yüksək nəticə göstərən abituriyentlərin marağı artıb01.09.2025 - 16:24
Ali təhsil müəssisələrinə ixtisas seçimi üzrə müraciətlərin sayı açıqlanıb01.09.2025 - 16:17
Təhsil tətbiqləri və mobil platformalarla effektiv öyrənmə üsulları01.09.2025 - 16:15
Aşıq Ələsgər-"Dağlar" qoşması01.09.2025 - 16:10
Tələbələrin problem həll etmə qabiliyyətləri necə qiymətləndirilir?01.09.2025 - 16:08
Qlobal təhsil standartları və Azərbaycanda təhsil sistemi01.09.2025 - 16:00
Nəbi Xəzri-"Şeir mənim üçün bir kainatdır"01.09.2025 - 15:55
Elm və din: ziddiyyət, yoxsa tamamlayıcı dəyərlər?01.09.2025 - 15:50
İxtisaslar üzrə əmək bazarının dəyişən tələbləri və gənclərin hazırlığı necə olmalıdır?01.09.2025 - 15:45
Gənclərin akademik uğurunu artıran texnikalar bunlardır01.09.2025 - 15:32
Nəbi Xəzri – Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi01.09.2025 - 15:30
Milli kimliyin formalaşmasında dini təhsilin rolu01.09.2025 - 15:25
Biznes ideyalarının reallaşdırılması üçün dövlət proqramları gənclərə yeni imkanlar yaradır01.09.2025 - 15:15
Dünyanı fəth edən Azərbaycan mahnısı-"Cücələrim"01.09.2025 - 15:08
Startaplar və innovativ layihələr gənclərin karyera imkanlarını genişləndirir01.09.2025 - 15:04
Azərbaycan dini təhsildə nəzarət sayəsində xarici təsirdən qorunur01.09.2025 - 14:59
Gənclərin idmana və sağlam həyat tərzinə yönəldilməsi müzakirə olunur01.09.2025 - 14:56
Tofiq Bayram – Poeziyanın vətənpərvər səsi01.09.2025 - 14:45
Dövlət və özəl sektorun gənclərə dəstəyinin yeni imkanları01.09.2025 - 14:37
Sosioloq: "sağlam dini qaydalar cəmiyyətin inkişafına təkan verir"01.09.2025 - 14:32
Festival və sərgilər şəxsi inkişafda mühüm rol oynayır01.09.2025 - 14:30