Dünya memarlığında yalnız yaşayış üçün binalar deyil, həm də sənət nümunəsi kimi qəbul edilən qeyri-adi tikililər mövcuddur. Bu əsərlər öz görünüşü və ideyası ilə turistlərin maraq mərkəzinə çevrilib.
“Tehsil365” xəbər verir ki, Çexiyanın paytaxtı Praqada yerləşən “Rəqs edən ev” əyri formaları ilə sanki musiqi sədaları altında hərəkət edirmiş kimi görünür. Hindistanın paytaxtı Yeni Dehlidə ucaldılmış Lotus Məbədi isə nəhəng lotus çiçəyini xatırladır və harmoniya rəmzi hesab olunur.
İspaniyanın Barselona şəhərində məşhur memar Antoni Qaudinin əsəri olan Mila Evi dalğalı daş fasadı və dəmir balkonları ilə fərqlənir. Polşanın Şımbark qəsəbəsində tikilən “Baş-ayaq ev” isə tamamilə tərsinə quruluşu ilə ziyarətçilərə qeyri-adi təcrübə yaşadır.
Niderlandın Rotterdam şəhərində inşa edilmiş Küp Evlər kub formasında dizaynı ilə memarlıq həllinə görə dünyada unikal sayılır. Çilidə yerləşən Bahai Məbədi isə şüşə və mərmərdən hazırlanaraq gün işığında müxtəlif rənglər saçır.
Mütəxəssislər hesab edir ki, bu tikililər memarlığın yalnız funksional deyil, həm də insan təxəyyülünün sərhədsiz imkanlarını nümayiş etdirdiyini göstərir.