Avqustun 30-da Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı şəhər Nizami Gəncəvi adına xatirə parkında "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo, boks, voleybol, sərbəst və yunan-Roma güləşi, yerindən uzununa tullanma idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektorunun və idarənin nəzdində Masallı rayon UGİM-in kollektivi və rayon sakinləri iştirak ediblər, tədbir onların böyük marağına səbəb olub.
Kütləvi idman tədbirinin təşkilində məqsəd əhali arasında idmanın təbliği, idmana marağın artırılması, fiziki inkişafa, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.