Bakı Slavyan Universitetində 2025–2026-cı tədris ili üzrə keçirilən qəbul imtahanlarının birinci turunun nəticələri açıqlanıb. Universitetdə ali təhsilin birinci səviyyəsi üzrə fəaliyyət göstərən 15 ixtisas və onların alt ixtisaslaşmalarına qəbul planı üzrə yerlərin demək olar ki, hamısı dolub.
“Tehsil365” xəbər verir ki, universitet üzrə nəzərdə tutulan 1440 yerin 1430-u dolub və bu göstərici 99,3% təşkil edib. Yalnız bir ixtisas – Jurnalistika üzrə qəbul faizi nisbətən aşağı olub. Belə ki, Azərbaycan dili bölməsi üzrə qəbul 100% tamamlanıb, lakin xarici dil bölməsi üzrə yerlərin yalnız 50%-i dolub (10 boş yer qalmaqla). Ümumi nəticə isə 75% təşkil edib.
Rəsmi açıqlamada bildirilib ki, qəbul nəticələrində müşahidə edilən yüksək faiz göstəriciləri son illərdə universitetə yüksək bal toplayan abituriyentlərin də sayında artım yaradıb. Bununla yanaşı, bütün ixtisaslar üzrə minimum keçid balları da yüksəlib.
Universitet rəhbərliyi əldə olunan uğurların professor-müəllim heyətinin və kollektivin fədakar fəaliyyəti nəticəsində mümkün olduğunu qeyd edib və yeni tədris ilində tələbələrə uğurlar arzulayıb.