Avqustun 31-də Lerik şəhəri V. Müslümov küçəsində yerləşən idman meydançasında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə müxtəlif yaş kateqoriyalarından olan şəxslər tərəfindən müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar edilib.
Kütləvi idman tədbirinin təşkilində məqsəd kütlə arasında idmanın təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.