DİM-dən “Tehsil365”ə verilən məlumata görə, ümumilikdə ölkə üzrə 2800-dən çox plan yeri abituriyentlər tərəfindən seçilməyib və ya qəbul planı dolmayıb.
Ən çox boş yer qeydə alınan universitetlər:
Azərbaycan Texniki Universiteti – 200-dən çox boş yer
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 180 boş yer
Bakı Mühəndislik Universiteti – 170-dən çox boş yer
Azərbaycan Memarlıq və İnşaat Universiteti – 160 boş yer
Mingəçevir Dövlət Universiteti – 150-dən çox boş yer
Lənkəran Dövlət Universiteti – 120 boş yer
Sumqayıt Dövlət Universiteti – 100 boş yer
Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri) – 90 boş yer
Qərbi Kaspi Universiteti – 70 boş yer
Xəzər Universiteti – 60-dan çox boş yer
Bakı Dövlət Universiteti – 50 boş yer
Boş yerlərin qruplar üzrə paylanması:
I qrup (texniki və təbiət elmləri) – təxminən 1200 boş yer
II qrup (iqtisadiyyat, idarəetmə, hüquq və s.) – təxminən 900 boş yer
III qrup (humanitar və pedaqoji ixtisaslar) – təxminən 500 boş yer
IV qrup (tibb və bioloji ixtisaslar) – 150-dən çox boş yer
V qrup (incəsənət və musiqi ixtisasları) – 50-dən artıq boş yer
Ən çox boşluq mühəndislik, fizika, riyaziyyat, pedaqogika və aqrar sahələr üzrə ixtisaslarda müşahidə olunub. Məsələn, yalnız “Fizika müəllimliyi” ixtisası üzrə 15-dən çox ali təhsil müəssisəsində boş yerlər mövcuddur.