Avqustun 30-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Yardımlı rayon Sahil stadionunda “İdman hamı üçün” layihəsi çərçivəsində açıq havada taekvondo idman növü üzrə kütləvi idman tədbiri keçirilib.
“Tehsil365” xəbər verir ki, rayonda idmanın kütləviliyinin təmin edilməsi, sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədi ilə keçirilən tədbir rayon sakinlərinin böyük marağına səbəb olub.