Təhsil 365 - Logo Mobile

"Azərbaycan təhsili nəzəriyyəyə söykənir, dünya praktikaya”–Rizvan Fikrətoğlu

19101.09.2025 - 13:10
"Azərbaycan təhsili nəzəriyyəyə söykənir, dünya praktikaya”–Rizvan Fikrətoğlu

Müasir dövrdə əmək bazarının sürətlə dəyişməsi gənclərin təhsil aldığı proqramların nə dərəcədə uyğun olduğu məsələsini gündəmə gətirir. Təhsil eksperti Rizvan Fikrətoğlu “Tehsil365”ə müsahibəsində bu mövzuya dair fikirlərini bölüşüb.

– Müasir məktəb proqramları gəncləri əmək bazarının sürətlə dəyişən tələblərinə nə qədər hazırlayır?

– “Açığı, bu sual üzərində bir qədər düşündüm. Məktəblərdə verilən biliklər əsasən nəzəri xarakter daşıyır. Şagirdlərin məntiqi təhlil, riyazi bacarıqları formalaşdırılsa da, əmək bazarı yalnız nəzəri biliklə kifayətlənmir, həm də praktiki bacarıqlar tələb edir. Təəssüf ki, müasir məktəb proqramlarında praktiki yönümlü dərslər və əmək bazarına inteqrasiya çox zəifdir.

Texnologiya və innovasiyaların sürətli inkişafına baxmayaraq, proqramlaşdırma, robotexnika, data analitika kimi sahələrə məktəblərdə məhdud şəkildə toxunulur. İnnovasiya mədəniyyəti – startap düşüncəsi, layihə idarəetməsi, dizayn yanaşması demək olar ki, dərslərdə yoxdur. Gənclər məktəbi bitirdikdə əmək bazarında tələb olunan “soft skills” – ünsiyyət, komanda ilə işləmə, maliyyə savadlılığı kimi bacarıqları əsasən kənarda – kurs və təlimlərdə qazanırlar. Demək olar ki, məktəb proqramı yalnız baza yaradır, amma peşəkar həyata hazırlamır”.

– Məktəb proqramlarının əmək bazarına uyğunlaşdırılması üçün hansı dəyişikliklər edilməlidir?

– “İlk növbədə həm məzmun, həm də tədris metodları yenilənməlidir. Buraya rəqəmsal savadlılıq (kodlaşdırma, süni intellektin əsasları, internet təhlükəsizliyi), maliyyə savadlılığı (büdcə tərtibatı, sahibkarlığın əsasları), kommunikasiya və əməkdaşlıq (komanda işi, təqdimat bacarığı, problem həlli) kimi fənlərin əlavə edilməsi vacibdir.

Eyni zamanda tədris metodları dəyişməlidir: layihə əsaslı öyrənmə, inteqrativ dərslər, interaktiv platformalar, simulyasiya oyunları, virtual laboratoriyalar tətbiq olunmalıdır. Yuxarı sinif şagirdlərinin müəssisələrdə təcrübə proqramlarına cəlb edilməsi də çox önəmlidir. Müəllimlərin rolu isə yalnız nəzəriyyə çatdırmaq yox, həm də mentorluq etmək olmalıdır. Qiymətləndirmə sistemi də layihələr və praktiki fəaliyyət əsasında qurulmalıdır”.

– Azərbaycan və digər ölkələrin məktəb proqramlarını müqayisə etsək, hansı təcrübələr daha uğurludur?

– “Azərbaycanda proqram əsasən nəzəri biliklərə əsaslanır. Praktiki bacarıqlar, texnologiyalar və əmək bazarı ilə sıx inteqrasiya zəifdir. Amma bəzi ölkələrin uğurlu təcrübələri var:

▪︎Finlandiya – layihə əsaslı öyrənməyə və yaradıcı düşüncəyə üstünlük verir, imtahan sistemi minimuma endirilib.

▪︎Almaniya – “dual təhsil sistemi” ilə tanınır. Şagirdlər həm məktəbdə, həm də müəssisələrdə təcrübə qazanır, real iş bacarıqları ilə əmək bazarına çıxırlar.

▪︎Sinqapur – təhsil proqramlarını əmək bazarının tələblərinə tez uyğunlaşdırır, texnologiya əsaslı fənlər məktəblərdə geniş tədris olunur.

▪︎Cənubi Koreya – STEM (elm, texnologiya, mühəndislik, riyaziyyat) təhsili ilə öndədir, şagirdlər erkən yaşdan texnologiya ilə tanış olur.

Qısa desək, Finlandiya yaradıcılıqda, Almaniya praktiki bacarıqlarda, Sinqapur və Cənubi Koreya isə texnologiya və innovasiyalara adaptasiyada liderdir. Azərbaycanda isə bu modellərin müsbət tərəfləri birləşdirilərsə, güclü təhsil sistemi formalaşdırmaq olar”–deyə ekspert vurğulayıb.


Fəridə Sadıqzadə

Xəbər Lenti

“TəhsilPlus” kartları müəllimlərə verilir04.03.2026 - 12:49
İranın Küveytə dron hücumu zamanı 11 yaşlı qız ölüb04.03.2026 - 12:38
Birinci kurs tələbəsinin quruluş verdiyi tamaşanın premyerası olub - FOTOLAR04.03.2026 - 12:27
Akif Marifli: Çanaqqala zəfəri türk xalqlarının birlik və həmrəyliyinin parlaq nümunəsidir - FOTOLAR04.03.2026 - 12:16
Professor Nadir Məmmədli: Bakı Qurultayı türk xalqlarının mədəni birliyinin tarixi təməlidir - FOTO04.03.2026 - 12:05
Sağlamlıq imkanı məhdud olan bu qədər şagird buraxılış imtahanı verəcək04.03.2026 - 11:51
BDU-nun 10 tələbəsinə “Həmkarlar İttifaqı təqaüdü” verilib - FOTO04.03.2026 - 11:46
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında 89 nəfər müəyyən edilmiş şərtləri ödəyib04.03.2026 - 11:40
Turizmdə düzgün planlaşdırma və inteqrasiya olunmuş yanaşma yerli dəyərlərin qorunmasına xidmət edə bilər - FOTO04.03.2026 - 11:34
Professor: Birinci Türkoloji Qurultayın elmi irsi bu gün də aktuallığını qoruyub saxlayır - FOTO04.03.2026 - 11:27
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik olacaq? 04.03.2026 - 11:20
DİM-də TOEFL iBT imtahanı keçirilib04.03.2026 - 11:10
BMU-nun 8 tələbəsi adlı təqaüdə layiq görülüb - FOTO04.03.2026 - 11:00
Milli yaddaşın qorunması: ADU-da tarixi həqiqətlər və mədəniyyət nümunələri təqdim edilib - FOTOLAR04.03.2026 - 10:50
Həyat elmlərində süni intellekt qərarverici amil kimi: hibrid model mexanizmlərinin qurulması04.03.2026 - 10:42
Nazir: Direktorun əsas fəaliyyəti sırasında tədrisin keyfiyyətinin yüksəldilməsi yer almalıdır - FOTO04.03.2026 - 10:35
Bakı və Ankara arasında folklor körpüsü: Yeni elmi hədəflər - FOTO04.03.2026 - 10:28
“Elm günü”nə həsr olunmuş seminar: “BDU – Azərbaycanın elmi potensialında” - FOTO04.03.2026 - 10:20
8 Martda müəllimlərə hədiyyə qadağan edilib04.03.2026 - 10:09
“Ayı” adlı tamaşanın premyerası keçirilib - FOTO04.03.2026 - 10:00
"İmtahan dövründə psixoloji dəstək vacibdir" - Validə Tağıyeva04.03.2026 - 09:55
“Dərslərdə öyrəndiklərim mənə gündəlik həyatda kömək edir” - Yusif Quliyev 04.03.2026 - 09:45
Uşaqların psixoloji sağlamlığı məktəbdə düzgün dəstəkdən asılıdır - Arzu Fərəcova04.03.2026 - 09:35
Azərbaycan Universitetləri - ARAŞDIRMA 04.03.2026 - 09:25
"Məktəb fobiyası uşaqların təhsilinə təsir edir" - Psixoloq Fəridə Qulamova04.03.2026 - 09:15
Tarixi hadisələrin dəyişməsi elmi araşdırmalarla bağlıdır — Səbuhi Kamal04.03.2026 - 09:05
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR04.03.2026 - 09:02
EATDA-da "ZEISS" şirkətinin təmsilçisi ilə görüş keçirilib04.03.2026 - 09:00
Gözə xeyir olan təbii qidalar04.03.2026 - 08:55
Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?04.03.2026 - 08:48
Nazir yeni təyin olunan məktəb direktorları ilə görüşüb04.03.2026 - 08:38
5 dəqiqəlik yuxu sağlamlıq üçün faydalıdır04.03.2026 - 08:30
Bu içkilər yaddaşı möhkəmləndirir04.03.2026 - 08:20
24 saata qripdən sağalmağın qızıl qaydası04.03.2026 - 08:14
"ChatGPT" silinir, istifadəçilər "Claude"a keçirlər04.03.2026 - 08:05
ARTİ-nin üç əməkdaşına fəlsəfə doktoru elmi dərəcəsi verilib04.03.2026 - 07:56
“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat04.03.2026 - 07:48
Bağırsaq sağlamlığı üçün ən pis qidalar hansılardır?04.03.2026 - 07:40
Sağlamlıq İdmançılar ramazanda necə qidalanmalıdır?04.03.2026 - 07:33
Alimlər ağciyər xərçənginin zəif tərəfini tapıb04.03.2026 - 07:25
Günəşdə nəhəng plazma atılması qeydə alınıb04.03.2026 - 07:16
Bu günün hava proqnozu 04.03.2026 - 07:08
Valideyn Şikayətləri Üçün Yeni Rəqəmsal Platforma Təklif Edilir04.03.2026 - 07:00
Hökumət Geridə Qalan Bölgələrdə Təhsil Nəticələrini Yaxşılaşdırmaq Üçün Yeni Proqramlar Başladır04.03.2026 - 06:36
Məktəblərin Maaş Artımı Məhdud Qalacaq: Təhsil Nazirliyi Hesablamalarını Açıqladı04.03.2026 - 06:18
2008-ci il Ağdərə toqquşması04.03.2026 - 06:00
Elçin Həmidov — Sevilən sənətkarın xatirəsi anılır04.03.2026 - 05:42
İrina Zaretska — Olimpiya mükafatçısı və çoxqat oyunlar çempionu04.03.2026 - 05:18