Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) ixtisas təhsili müəssisələrinə elektron ixtisas seçimi davam edir.
“Tehsil365” xəbər verir ki, avqustun 31-nə olan məlumata əsasən, ümumilikdə 18 min 977 ərizə qeydə alınıb. Onlardan 213-ü I qrup, 435-i II qrup, 681-i III qrup, 55-i isə IV qrup üzrədir. V qrup üzrə müraciətlərin sayı 7 olub. Orta ixtisas təhsili müəssisələrinə (11 illik baza əsasında) isə 17 min 902 ərizə daxil olub.
Ərizələrin 18 min 322-si Azərbaycan bölməsi, 655-i isə rus bölməsi üzrədir.
Xatırladaq ki, elektron ixtisas seçimi üçün müraciətlərin qəbulu sentyabrın 2-si saat 23:59-da başa çatacaq.