Bu il keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, yüksək bal toplayan xeyli sayda abituriyent Naxçıvan Dövlət Universitetini seçib.
Universitetdən “Tehsil365”ə bildirilib ki, 600 və daha yuxarı bal toplayan 152 abituriyent, 500–600 aralığında nəticə göstərən 252 nəfər təhsilini NDU-da davam etdirmək qərarına gəlib. Beləliklə, ümumilikdə 500–700 bal aralığında nəticə göstərən 404 abituriyent seçimində məhz bu ali məktəbə üstünlük verib.
Qeyd edək ki, son illərdə Naxçıvan Dövlət Universitetində tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir infrastrukturun yaradılması və beynəlxalq əlaqələrin genişləndirilməsi abituriyentlərin bu ali məktəbə marağının artmasında mühüm rol oynayır.